Aug 30, 2013

Maliyyə Hesabatları: Mənfəət-Zərər

Bir şirkətin nə qədər səmərəli fəaliyyət göstərdiyini və maliyyə cəhətdən nə qədər yaxşı vəziyyətdə olduğunu öyrənmək üçün - onun maliyyə hesabatlarına baxmaq lazımdır. Maliyyə hesabatlarının analiz edilməsi ayrı bir mövzudur. Bu yazıda maliyyə hesabatlarının ümumiyyətlə nə olduğu barədə danışılacaq. 

Beləliklə, 4 əsas maliyyə hesabatı mövcuddur. 

- Mənfəət və zərər

Bunların biri olan mənfəət-zərər hesabatı haqqında daha ətraflı aşağıda:


Mənfəət və zərər haqqında hesabat.

İngilis dilində "Income Statement" və ya "Profit and Loss Statement" adlanır.

Mənfəət və zərər haqqında hesabat, adından da bilindiyi kimi, şirkətin mənfəət və zərərləri haqqında xəbər verir. Bu hesabat müəyyən bir dövrü əhatə edir (məsələn, illik, yarımillik, kvartallıq (yəni 3 aylıq) və ya aylıq).

Gəlin kəllə qənd istehsal edən "A" şirkətinin 2012-ci il üçün mənfəət-zərər hesabatına düzəldək.

"A" şirkəti 2012-ci il ərzində 117,647 kiloqram kəllə qənd satmışdır. Hər kilosunun satış qiyməti təxminən 1.70 AZN olmuşdur. Demək, 2012-ci il ərzində "A" şirkətinin gəliri 117,647 kq x 1.70 = 200,000 AZN.

Bu rəqəmi mənfəət-zərər hesabatının birinci sətri kimi qeyd edək:


Kəllə qəndin istehsalı üçün istifadə edilən xammalın dəyəri 117,000 AZN təşkil etmişdir. Bundan əlavə işıq, qaz, işçilərin maaşı, və s. kimi administrativ xərclərə, tutaq ki, 25,000 AZN xərclənmişdir. Bunlar xərcdir, demək, bunları satış gəlirindən çıxmaq lazımdır və bu xərclər mənfəət-zərər hesabatında mənfi işarəsi ilə yazılmalıdır.

Satış gəlirindən bu xərcləri çıxdıqda yerdə qalan ümumi gəlir (və ya zərər) 38,000 AZN təşkil edir.

Bu rəqəmləri mənfəət-zərər hesabatına əlavə edək:










Yerdə qalan məbləğə "Faiz, Amortizasiya və Vergidən Öncəki Mənfəət" deyilir, çünki bunların hamısı hələ çıxılmalıdır. Azərbaycan dilində bu maddə 5 sözlə yazılır və onun üçün heç bir qısaltmadan istifadə edilmir. İngilis dilində isə əksinə, bu maddə "EBITDA" kimi göstərilir (Earnings Before Interest, Tax, Depreciation and Amortization).

Bunların hər birinə ayrılıqda baxaq.

Faiz - Bankdan alınan kredit üçün ödənilən faizlər nəzərdə tutulur.

Vergi - Hamımızın bildiyi mənfəət vergisidir. Azərbaycanda şirkətlərin ödədiyi vergi 22%-dir. Vergi ən axırda qalan məbləğdən, bütün digər xərclər çıxıldıqdan sonra, tutulur. Yəni şirkət öz mənfəət-zərər hesabatında nə qədər çox xərc göstərə bilsə (qanuni yolla), bir o qədər az vergi ödəməli olacaq. Məhz buna görə vergilər idarəsi şirkətləri yoxladıqda - yoxlanılan amillərdən biri də xərclərin süni şəkildə çox yüksək göstərilib-göstərilməməsidir.

Amortizasiya - Vaxt keçdikcə bir aktivin qiymətdən düşməsinə amortizasiya deyilir. Daha doğrusu amortizasiya - qiymətdəki azalmanın hesabatlarda əks etdirilməsinə verilən addır. Amortizasiya haqqında daha ətraflı danışmağa ehtiyac var.

Tutaq ki, "A" şirkəti 10,000 manata bir avadanlıq alır və bu avadanlığa 5 illik həyat təyin edir. 10,000 manatlıq avadanlığın 5 ildən sonra tamamilə qiymətdən düşəcəyi gözlənilir, demək onun dəyəri 5 il arasında bölüşdürülməlidir. Başqa sözlə, avadanlığı alan "A" şirkəti növbəti 5 ilin hərəsi üçün 2,000 manatlıq amortizasiya xərci göstərir (yəni birinci il üçün ayrıca 10,000 manatlıq xərc göstərMir).

Amortizasiyanın hesablanmasının bir neçə yolu var. Misalda göstərilən amortizasiya - düz xətli amortizasiyadır (Straight Line Depreciation) və Beynəlxalq Mühasibat Uçotu Standartlarına (IFRS) uyğundur. Azərbaycanda Vergilər Nazirliyinin tələb etdiyi hesablama başqa cürdür - dəyər hər il bərabər hissə ilə deyil, müəyyən faizlə azaldılmalıdır. Buna görə, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlər və təşkilatlar mənfəət-zərər hesabatının iki fərqli variantını hazırlayırlar - biri daxili, biri isə xarici mühasibatlıq üçün.

İngilis dilindən həm "amortization" həm də "depreciation" sözü Azərbaycan dilinə bir cür, "amortizasiya" kimi tərcümə edilir. Aralarındakı fərq isə bundan ibarətdir: "depreciation" maddi aktivlər üçün istifadə olunur, "amortization" isə qeyri-maddi aktivlər üçün.

Bloqun dilini mümkün qədər sadə saxlamağa çalışdığım üçün amortizasiya mövzusunda bundan artıq danışmağa ehtiyac görmürəm.


"A" şirkətinin misalına qayıdaq. Tutaq ki, "A" şirkətinin 2012-ci il üçün amortizasiya xərcləri 15,000 AZN, banka ödədiyi faiz isə 5,000 AZN təşkil etmişdir. Bu xərcləri çıxdıqdan sonra yerdə qalan məbləğ 38,000 AZN təşkil edir.

Bu rəqəmləri mənfəət-zərər hesabatına daxil edək:



Vergini ən axıra saxlayırıq, çünki vergi - bütün digər xərclər çıxıldıqdan sonra tutulur. Yuxarıda artıq deyildiyi kimi, xərclər nə qədər çoxdursa, vergi bir o qədər az ödənilir.

Nəhayət, "A" şirkətinin mənfəət vergisi 38,000 manatın 22%-i, yəni 8,360 AZN təşkil edir.

Mənfəət-zərər hesabatına bu rəqəmi əlavə edək:








Beləliklə, "A" şirkətinin 2012-ci il üzrə xalis mənfəəti 29,640 AZN-dır. 


Mənfəət-zərər hesabatının aşağıdakı xüsusiyyətini nəzərə almaq lazımdır.

"A" şirkəti nisyə satdığı məhsulun gəlirini - məhsulu satdığı dəqiqə gəlir kimi qeyd edir. Yəni məhsulun faktiki ödənişini almayıbsa da, həmin məhsulun dəyəri artıq gəlir olaraq mənfəət-zərər hesabatında əks olunur.

Faktiki nağd vəsaitin hərəkətini öyrənmək üçün "nağd vəsaitin hərəkəti haqqında hesabata" baxmaq lazımdır. Nisyə satılan mala görə gözlənlən pulların nə qədər olduğunu öyrənmək üçün isə "balans" adlı hesabata baxmaq lazımdır. Çox qısa bir zamanda qalan maliyyə hesabatları haqqında məlumat paylaşılacaq.


Bundan əlavə, bir çox şirkətin fəaliyyəti 1 yanvar - 31 dekabr tarixlərində xüsusilə gərgin olduğu üçün (məsələn, yeni il endirim kampaniyaları keçirən şirkətlər) həmin şirkətlər öz mənfəət-zərər hesabatlarını başqa dövrlərlə ölçür. Bu şirkətlər özləri üçün xüsusi dövr seçir (məsələn, 25 yanvar 2012 - 24 yanvar 2013). Bu cür dövrlərə Azərbaycan dilində "hesabat ili", ingilis dilində isə "fiscal year" deyilir.



___________________________________________________________________

Bu yazı 4 hissəli "Maliyyə Hesabatları" adlı bloq paylaşımlarının bir hissəsidir.

Yeni yazılar haqqında xəbər almanız üçün sağdakı "e-poçtla abunə ol" bölməsinə email-ınızı daxil edin, ya da bloqun Facebook səhifəsini "like" edib yeni paylaşımlardan bildiriş almağı seçin.

Facebook: Iqtisadi bloq


2 comments:

  1. Hamı salam,
    Adım cənab Rugare Sim. Hollandiyada yaşayıram və bu gün xoşbəxt bir insanam? Mən özümə dedim ki, hər kəs mənə və ailəmizə pis vəziyyətimizdən kömək edir, ona borc axtarır olan hər kəsə müraciət edəcəyəm, mənə və ailəmə xoşbəxtlik verdi, mənə kredit verməyə məcbur oldum Mən 2 uşaqlı bir Atam olduğum müddətdə həyatımı başlamağa 300.000.00 və krediti geri ödəyəcəyini xahiş edirəm ona (cənab, Rugare Sim) ona müraciət et. E-poçt vasitəsilə Cənab Mohamed Careen ilə əlaqə saxlayın: (arabloanfirmserves@gmail.com)


    KREDİ TƏTBİQ MƏLUMATI FORMASI
    Adı ......
    Orta adı .....
    2) Cins: ......
    3) Lazım olan kredit məbləği: .........
    4) Kreditin müddəti: .........
    5) Ölkə: .........
    6) Ev ünvanı: .........
    7) Mobil nömrəsi: .........
    8) E-poçt ünvanı ..........
    9) Aylıq gəlir: .....................
    10) Işğal: ...........................
    11) Burda hansı sayt haqqında danışdınız .....................
    Təşəkkür və ən xoşniyyətlər.
    E-poçt: arabloanfirmserves@gmail.com

    ReplyDelete
  2. Şəhadətim hamıya salam. Mən kömək üçün söz vermiş, lakin mənə heç vaxt kredit verməyən müxtəlif kredit verənlərdən bir neçə dəfə müraciət etdikdən sonra cənab Benjamindən borcumu necə əldə etdiyimi ifadə etmək üçün buradayam. Bir dostum məni Mr.Benjamin Lee ilə tanış etməyimə qədər mənə kömək edəcəyini vəd etdiyini və həqiqətən də heç bir gecikmədən vəd etdiyi kimi etdi. Həqiqətən də kömək edən cənab Benjamin Li ilə görüşənə qədər hələ də etibarlı kredit borc verənlərin olduğunu düşünməmişdim. kredit və inancımı dəyişdirdim. Həqiqi və təcili bir kreditə ehtiyacınız olub olmadığını bilmirəm, WhatsApp + 1-989-394-3740 və cənab Benjamin ilə əlaqə qurmaqdan azad olun və e-poçt: Lfdsloans@outlook.com təşəkkür edirəm.

    ReplyDelete