Jul 8, 2013

Qiymətli Kağızlar: İstiqraz.

Bu və növbəti iki yazıda qiymətli kağızlar haqqında mümkün qədər ətraflı amma yığcam məlumat verməyə çalışacağam.

İngilis dilinin maliyyə dünyasında mühüm yer tutduğunu nəzərə alaraq bir çox məfhumun ingilis dilinə olan tərcüməsini verməyin vacib olduğunu hesab edirəm. Beləliklə, ingiliscə qiymətli kağıza "security" deyilir. 

Qiymətli kağızların bir neçə təsnifatı mövcuddur: istiqrazlar, səhmlərderivativlər. Bunlardan biri olan istiqrazların təsvirini aşağıda görə bilərsiniz.


İSTİQRAZLAR

İstiqraz - borc öhdəliyi deməkdir. İngiliscə "bond" adlanır.

Bir şirkət və ya dövlət öz xərclərini qarşılamaq üçün kommersiya banklarından kredit ala bilər. Amma iri şirkətlər və dövlətlər borcun bu formasına nadir hallarda müraciət edir. Əksər hallarda pula ehtiyacı olan şirkət (və ya dövlət) maliyyə bazarına istiqrazlar buraxır.

Həmin istiqrazların müəyyən müddəti və faiz dərəcəsi olur. Maliyyə bazarının digər iştirakçıları (şirkətlər, təşkilatlar, fondlar, dövlətlər və s.) bu istiqrazları almaqla borcverən qismində çıxış edir və istiqrazların qiyməti həcmində onları satan şirkətə pul ödəmiş olurlar.

Məsələn, "A" şirkəti hər biri 1,000 dollar dəyərində olan illik 8% dərəcəsi ilə 10 il müddətinə 100,000 ədəd istiqraz buraxır (ümumi həcm: 1,000 dollar x 100,000 ədəd = 100,000,000 dollar). Digər bazar iştirakçıları bu istiqrazları satın aldıqda "A" şirkətinə ümumilikdə 100,000,000 dollar ödəmiş olurlar.

"A" şirkəti 100,000,000 dollar əlavə pul etmiş olur və bu pulları öz biznesinə sərf edir. Qarşılığında isə, ildə adətən 2 və ya 4 dəfə istiqrazları almış şirkətlərə illik 8% dərəcəsi ilə kupon ödənişləri edir. Müddətin sonunda isə (10 il sonra) kupon ödənişi ilə yanaşı əsas məbləğin tamını (100,000,000) qaytararaq istiqrazları geri alır.

Başqa sözlə desək, "A" şirkəti istiqraz satmaqla maliyyə bazarının digər iştirakçılarından kredit xətti götürmüş olur.


İstiqrazın gəlirliliyi.

Gəlirlilik dedikdə istiqrazın onu alan şəxsə gətirdiyi gəlir nəzərdə tutulur.

İstiqraz, onu alan şəxsə gəlir gətirir. İstiqrazın əsas gəlir mənbəsi onun faiz dərəcəsidir.

Kupon ödənişləri.

Beləliklə, əksər istiqrazların faiz dərəcəsi olur. Bir şəxs yuxarıda adı çəkilən "A" şirkətinin istiqrazını aldıqda əvvəlcədən məyyən olunmuş illik faizlə ildə 2 və ya 4 dəfə ödəniş alır. Başqa sözlə həmin istiqraz depozit hesabı rolunda çıxış edir.

Yuxarıda artıq təsvir edildiyi kimi, istiqrazın faiz ödənişlərinə kupon ödənişi deyilir.

İstiqrazların faiz dərəcəsi bazar tərəfindən müəyyən edilir. Problem yaşayan bir şirkətin borca götürdüyü pulu qaytarmaq ehtimalı az olduğu üçün istiqrazları da riskli sayılır. Riskin dərəcəsi başlıca olaraq şirkətin reytinqi ilə ölçülür (reytinqləri isə şirkətin maliyyə, idarə, bazar və s. vəziyyətini təhlil edən reytinq təşkilatları verir - Standard & Poor's, Moody's, Fitch, və s.) 

Riskli istiqrazlar özlərinə alıcı cəlb etmək üçün digərlərinə nisbətən daha yüksək faiz dərəcəsi təklif etməli olur. Vəziyyətin çətinliyi də burasındadır ki, şirkət nə qədər ağır maliyyə problemi yaşayırsa, borca aldığı pula da bir o qədər yüksək faiz ödəməli olur.

Elə hal da mümkündür ki, alınan istiqraza heç bir kupon ödənməsin. Bu cür istiqrazlar adətən qısamüddətli olur və dövrün sonunda ilkin dəyərindən daha çox məbləğə şirkət tərəfindən geri alınır. Məsələn, "A" şirkəti 900 dollara istiqrazlar satır, ara müddətdə heç bir kupon ödəmir, növbəti ildə isə həmin istiqrazları 1,000 dollara geri alır. Bu halda istiqrazın gəlirliliyi 11.1% təşkil etmiş olur
((1,000-900)/900 = 0.111).


İstiqraz əldə etməyin yolları.

İstiqrazları bir neçə yolla əldə etmək olar:
- İstiqrazı buraxan şirkətin özündən.
- Broker şirkətləri vasitasilə (broker şirkətləri haqqında daha ətraflı aşağıda).
- Banklardan.
- Fərdi investorlardan.


___________________________________________________________________



Yeni yazılar paylaşılanda xəbər almanız üçün sağdakı "e-poçtla abunə ol" bölməsinə email-ınızı daxil edin, ya da bloqun Facebook səhifəsini "like" edib yeni paylaşımlardan bildiriş almağı seçin.

Facebook: Iqtisadi bloq

2 comments:

  1. My Life çevirmək olub necə Lexieloancompany@yahoo.com

    My Name Ohio, Amerika Birləşmiş Dövlət Nicole Marie və həyat indi mənim və ailə üçün rahat yaşamağa dəyər və i iki uşaq ilə mübarizə mum edirəm və i kimi mən, həqiqətən, yaxşılıq mənim həyatımda bu qədər göstərilən görməmişəm olmuşdur ərim son iki həftə dəhşətli qəza rast kimi ciddi bir problem keçir, və həkimlər onu yenidən gedə bilməsi və i getdi sonra onun əməliyyat üçün vərəqələrinin ödəyə bilmirdi o bir incə cərrahiyyə məruz lazımdır ki, ifadə kredit üçün banka və mən Allah qorxusu insan rast gəldi i atamın yanına qaçdı və i yahoo cavab vasitəsilə gəzən zaman o, mənə kömək edə deyil oradan heç bir kredit kartı olduğunu ifadə edərək, mənə salmaq əlverişli faiz dərəcəsi kreditlər verir və səbəbindən ki, i İnternet əsasən Afrika bir çox aldatmacalardan haqqında eşitmə edilmişdir, lakin bu, mənim çıxılmaz vəziyyətə, i bu cəhdi vermək üçün daha heç bir seçim idi (Mr Martinez Lexie) şirkət Amerika Birləşmiş Dövlət və təəccüblü bütün bir yuxu kimi idi, i $ 82,000.00 USD kredit alıb və mən ər əməliyyat payed və o ok və gəzmək bu gün Allaha şükür, mənim ailə xoşbəxt və dedim özümə i wonders bu böyük Allah Man Mr Martinez Lexie mənə və mənim ailə üçün nə qorxusu dünyaya bağırmaq ki, belə hər kəs e-mail vasitəsilə Allah qorxusu insan müraciət kreditin həqiqi və ciddi ehtiyacı var, əgər: (Lexieloancompany@yahoo.com) və ya Şirkət internet vasitəsilə: http://lexieloans.bravesites.com və ya mətn: +18168926958 thanks



    ReplyDelete
  2. Bir kredit lazımdır? Yes Əgər! Əlaqə Ocean Maliyyə və İpotekalar kiçik və böyük kreditlər miqdarda ®for Limited. Biz 2% faiz dərəcəsi kredit verir. Həmçinin .Biz vermək oceanfinance459@gmail.com e-mail vasitəsilə bizə bu gün əlaqə saxlayın. Fiziki və şirkətlər üçün 100 lirə £ 5 min milyon manat, kredit bütün milliyyətindən asılı olmayaraq üçün açıqdır.
     

    ReplyDelete