Aug 30, 2013

Maliyyə Hesabatları: Mənfəət-Zərər

Bir şirkətin nə qədər səmərəli fəaliyyət göstərdiyini və maliyyə cəhətdən nə qədər yaxşı vəziyyətdə olduğunu öyrənmək üçün - onun maliyyə hesabatlarına baxmaq lazımdır. Maliyyə hesabatlarının analiz edilməsi ayrı bir mövzudur. Bu yazıda maliyyə hesabatlarının ümumiyyətlə nə olduğu barədə danışılacaq. 

Beləliklə, 4 əsas maliyyə hesabatı mövcuddur. 

- Mənfəət və zərər

Bunların biri olan mənfəət-zərər hesabatı haqqında daha ətraflı aşağıda:


Mənfəət və zərər haqqında hesabat.

İngilis dilində "Income Statement" və ya "Profit and Loss Statement" adlanır.

Mənfəət və zərər haqqında hesabat, adından da bilindiyi kimi, şirkətin mənfəət və zərərləri haqqında xəbər verir. Bu hesabat müəyyən bir dövrü əhatə edir (məsələn, illik, yarımillik, kvartallıq (yəni 3 aylıq) və ya aylıq).

Gəlin kəllə qənd istehsal edən "A" şirkətinin 2012-ci il üçün mənfəət-zərər hesabatına düzəldək.

"A" şirkəti 2012-ci il ərzində 117,647 kiloqram kəllə qənd satmışdır. Hər kilosunun satış qiyməti təxminən 1.70 AZN olmuşdur. Demək, 2012-ci il ərzində "A" şirkətinin gəliri 117,647 kq x 1.70 = 200,000 AZN.

Bu rəqəmi mənfəət-zərər hesabatının birinci sətri kimi qeyd edək:


Kəllə qəndin istehsalı üçün istifadə edilən xammalın dəyəri 117,000 AZN təşkil etmişdir. Bundan əlavə işıq, qaz, işçilərin maaşı, və s. kimi administrativ xərclərə, tutaq ki, 25,000 AZN xərclənmişdir. Bunlar xərcdir, demək, bunları satış gəlirindən çıxmaq lazımdır və bu xərclər mənfəət-zərər hesabatında mənfi işarəsi ilə yazılmalıdır.

Satış gəlirindən bu xərcləri çıxdıqda yerdə qalan ümumi gəlir (və ya zərər) 38,000 AZN təşkil edir.

Bu rəqəmləri mənfəət-zərər hesabatına əlavə edək:










Yerdə qalan məbləğə "Faiz, Amortizasiya və Vergidən Öncəki Mənfəət" deyilir, çünki bunların hamısı hələ çıxılmalıdır. Azərbaycan dilində bu maddə 5 sözlə yazılır və onun üçün heç bir qısaltmadan istifadə edilmir. İngilis dilində isə əksinə, bu maddə "EBITDA" kimi göstərilir (Earnings Before Interest, Tax, Depreciation and Amortization).

Bunların hər birinə ayrılıqda baxaq.

Faiz - Bankdan alınan kredit üçün ödənilən faizlər nəzərdə tutulur.

Vergi - Hamımızın bildiyi mənfəət vergisidir. Azərbaycanda şirkətlərin ödədiyi vergi 22%-dir. Vergi ən axırda qalan məbləğdən, bütün digər xərclər çıxıldıqdan sonra, tutulur. Yəni şirkət öz mənfəət-zərər hesabatında nə qədər çox xərc göstərə bilsə (qanuni yolla), bir o qədər az vergi ödəməli olacaq. Məhz buna görə vergilər idarəsi şirkətləri yoxladıqda - yoxlanılan amillərdən biri də xərclərin süni şəkildə çox yüksək göstərilib-göstərilməməsidir.

Amortizasiya - Vaxt keçdikcə bir aktivin qiymətdən düşməsinə amortizasiya deyilir. Daha doğrusu amortizasiya - qiymətdəki azalmanın hesabatlarda əks etdirilməsinə verilən addır. Amortizasiya haqqında daha ətraflı danışmağa ehtiyac var.

Tutaq ki, "A" şirkəti 10,000 manata bir avadanlıq alır və bu avadanlığa 5 illik həyat təyin edir. 10,000 manatlıq avadanlığın 5 ildən sonra tamamilə qiymətdən düşəcəyi gözlənilir, demək onun dəyəri 5 il arasında bölüşdürülməlidir. Başqa sözlə, avadanlığı alan "A" şirkəti növbəti 5 ilin hərəsi üçün 2,000 manatlıq amortizasiya xərci göstərir (yəni birinci il üçün ayrıca 10,000 manatlıq xərc göstərMir).

Amortizasiyanın hesablanmasının bir neçə yolu var. Misalda göstərilən amortizasiya - düz xətli amortizasiyadır (Straight Line Depreciation) və Beynəlxalq Mühasibat Uçotu Standartlarına (IFRS) uyğundur. Azərbaycanda Vergilər Nazirliyinin tələb etdiyi hesablama başqa cürdür - dəyər hər il bərabər hissə ilə deyil, müəyyən faizlə azaldılmalıdır. Buna görə, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlər və təşkilatlar mənfəət-zərər hesabatının iki fərqli variantını hazırlayırlar - biri daxili, biri isə xarici mühasibatlıq üçün.

İngilis dilindən həm "amortization" həm də "depreciation" sözü Azərbaycan dilinə bir cür, "amortizasiya" kimi tərcümə edilir. Aralarındakı fərq isə bundan ibarətdir: "depreciation" maddi aktivlər üçün istifadə olunur, "amortization" isə qeyri-maddi aktivlər üçün.

Bloqun dilini mümkün qədər sadə saxlamağa çalışdığım üçün amortizasiya mövzusunda bundan artıq danışmağa ehtiyac görmürəm.


"A" şirkətinin misalına qayıdaq. Tutaq ki, "A" şirkətinin 2012-ci il üçün amortizasiya xərcləri 15,000 AZN, banka ödədiyi faiz isə 5,000 AZN təşkil etmişdir. Bu xərcləri çıxdıqdan sonra yerdə qalan məbləğ 38,000 AZN təşkil edir.

Bu rəqəmləri mənfəət-zərər hesabatına daxil edək:



Vergini ən axıra saxlayırıq, çünki vergi - bütün digər xərclər çıxıldıqdan sonra tutulur. Yuxarıda artıq deyildiyi kimi, xərclər nə qədər çoxdursa, vergi bir o qədər az ödənilir.

Nəhayət, "A" şirkətinin mənfəət vergisi 38,000 manatın 22%-i, yəni 8,360 AZN təşkil edir.

Mənfəət-zərər hesabatına bu rəqəmi əlavə edək:








Beləliklə, "A" şirkətinin 2012-ci il üzrə xalis mənfəəti 29,640 AZN-dır. 


Mənfəət-zərər hesabatının aşağıdakı xüsusiyyətini nəzərə almaq lazımdır.

"A" şirkəti nisyə satdığı məhsulun gəlirini - məhsulu satdığı dəqiqə gəlir kimi qeyd edir. Yəni məhsulun faktiki ödənişini almayıbsa da, həmin məhsulun dəyəri artıq gəlir olaraq mənfəət-zərər hesabatında əks olunur.

Faktiki nağd vəsaitin hərəkətini öyrənmək üçün "nağd vəsaitin hərəkəti haqqında hesabata" baxmaq lazımdır. Nisyə satılan mala görə gözlənlən pulların nə qədər olduğunu öyrənmək üçün isə "balans" adlı hesabata baxmaq lazımdır. Çox qısa bir zamanda qalan maliyyə hesabatları haqqında məlumat paylaşılacaq.


Bundan əlavə, bir çox şirkətin fəaliyyəti 1 yanvar - 31 dekabr tarixlərində xüsusilə gərgin olduğu üçün (məsələn, yeni il endirim kampaniyaları keçirən şirkətlər) həmin şirkətlər öz mənfəət-zərər hesabatlarını başqa dövrlərlə ölçür. Bu şirkətlər özləri üçün xüsusi dövr seçir (məsələn, 25 yanvar 2012 - 24 yanvar 2013). Bu cür dövrlərə Azərbaycan dilində "hesabat ili", ingilis dilində isə "fiscal year" deyilir.



___________________________________________________________________

Bu yazı 4 hissəli "Maliyyə Hesabatları" adlı bloq paylaşımlarının bir hissəsidir.

Yeni yazılar haqqında xəbər almanız üçün sağdakı "e-poçtla abunə ol" bölməsinə email-ınızı daxil edin, ya da bloqun Facebook səhifəsini "like" edib yeni paylaşımlardan bildiriş almağı seçin.

Facebook: Iqtisadi bloq


3 comments:

  1. My Name Ohio, Amerika Birləşmiş Dövlət Nicole Marie və həyat indi mənim və ailə üçün rahat yaşamağa dəyər və i iki uşaq ilə mübarizə mum edirəm və i kimi mən, həqiqətən, yaxşılıq mənim həyatımda bu qədər göstərilən görməmişəm olmuşdur ərim son iki həftə dəhşətli qəza rast kimi ciddi bir problem keçir, və həkimlər onu yenidən gedə bilməsi və i getdi sonra onun əməliyyat üçün vərəqələrinin ödəyə bilmirdi o bir incə cərrahiyyə məruz lazımdır ki, ifadə kredit üçün banka və mən Allah qorxusu insan rast gəldi i atamın yanına qaçdı və i yahoo cavab vasitəsilə gəzən zaman o, mənə kömək edə deyil oradan heç bir kredit kartı olduğunu ifadə edərək, mənə salmaq əlverişli faiz dərəcəsi kreditlər verir və səbəbindən ki, i İnternet əsasən Afrika bir çox aldatmacalardan haqqında eşitmə edilmişdir, lakin bu, mənim çıxılmaz vəziyyətə, i bu cəhdi vermək üçün daha heç bir seçim idi (Mr Martinez Lexie) şirkət Amerika Birləşmiş Dövlət və təəccüblü bütün bir yuxu kimi idi, i $ 82,000.00 USD kredit alıb və mən ər əməliyyat payed və o ok və gəzmək bu gün Allaha şükür, mənim ailə xoşbəxt və dedim özümə i wonders bu böyük Allah Man Mr Martinez Lexie mənə və mənim ailə üçün nə qorxusu dünyaya bağırmaq ki, hər kəs bir kredit həqiqi və ciddi ehtiyacı var, belə ki, e-mail vasitəsilə Allah qorxusu insanı əlaqə yoxdur: Lexieloanfinance@gmail.com



    ReplyDelete
  2. Bir qanuni kredit kreditorun axtarır olunubmu? ? Siz ciddi öz iş başlamaq üçün təcili kredit lazımdır? Siz borc var? Bu istəklərinə nail olmaq üçün şansdır və biz e-poçt vasitəsilə bizimlə əlaqə saxlayın Daha ətraflı məlumat üçün fərdi kreditlər, kommersiya kreditləri və korporativ kreditlər və ləğv 2% kredit bütün növ vermək beverlyloan.institute@gmail.com ya beverlyfinance084@gmail.com

    ReplyDelete
  3. Yaxşı axşam
    E-mail agategarreau@gmail.com
    Gülümsəyəmsə, xanım UROZ Muriel Danielle Guislaine sayəsində mən 100.000 avro məbləğində kredit aldım və iki yoldaşım da qəbul etdi
    Bu qadının kreditlərindən hər il 2% dərəcəsi ilə heç bir çətinlik yaşanmaz. İstəyirəm, heç kimə aldanmamanızı məsləhət görürəm
    Əslində layihəniz üçün və hər hansı digər kredit borcuna dair ərizə verin. Mən bu mesajı dərc edirəm, çünki xanım UROZ Muriel Danielle Guislaine
    Bu kreditlə əmlakın.
    Bu kredit almaq üçün icazə verən bu dürüst və səxavətli qadınla tanış olduğum bir dostum oldu. Buna görə sizə məsləhət görürəm
    Onunla əlaqə yaratmaq üçün sizdən xahiş etdiyimiz bütün xidmətlərə görə sizi razı salacaqdır. E-mail: agategarreau@gmail.com

    ReplyDelete